AZ

Məsud Pezeşkian Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayıb

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian Azərbaycan və Ermənistanarasında sülh yolu ilə həll prosesindəki irəliləyişi alqışlayaraq,bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığıninkişafı istiqamətində mühüm addım adlandırıb.

Trend-inməlumatına görə, bu barədə İran prezidenti Tehranda Ermənistanınmüdafiə naziri Suren Papikyanla görüşdə bildirib.

Görüşdə Pezeşkian İranın Ermənistan da daxil olmaqla qonşularıilə hərtərəfli əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıbvə Tehranla Yerevan arasında strateji tərəfdaşlıq sənədininhazırlanmasını başa çatdırmaq niyyətində olduğunu bildirib. Onunsözlərinə görə, İranın siyasəti sülhün, sabitliyin və davamlıtəhlükəsizliyin dəstəklənməsi məqsədi daşıyır və istənilənqeyri-sabitləşdirici hərəkətlər regiondakı bütün ölkələrə zərərverir.

Papikyan da öz növbəsində müdafiə, iqtisadi və nəqliyyatsahələrində uğurlu əməkdaşlığı qeyd etdi və İranla tərəfdaşlığınstrateji əhəmiyyətini vurğuladı.

Seçilən
24
2
az.trend.az

3Mənbələr