AZ

Üstündə bu sözlər yazılan bitki yağları qətiyyən almayın XƏBƏRDARLIQ

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bitki yağları gündəlik qidalanmada geniş istifadə olunur və bu məhsulların təhlükəsizliyi tez-tez müzakirə edilir. Xüsusilə etiket üzərində göstərilən məlumatlar, tərkib və istehsal üsulu istehlakçılar üçün əsas seçim meyarına çevrilib. Bəzi hallarda isə yağların tərkibindəki maddələr və emal prosesi ilə bağlı suallar yaranır. Məsələ ilə bağlı dietoloq, qida mütəxəssisi Ayişə Məmmədova Demokrat.az-a bildirib ki, düzgün istehsal olunan və standartlara cavab verən yağlarda təhlükəli maddə riski minimaldır:"Əsas problem yağın yüksək temperaturda və xüsusilə dəfələrlə qızdırılmasıdır. Çünki təkrar qızdırılan yağlarda zərərli birləşmələr yarana bilər. Etiket üzərində yazılan məlumatlara diqqət etmək çox vacibdir. Yağın rafinə olunub-olunmaması, soyuq sıxım olub-olmaması və istifadə qaydaları burada əsas göstəricilərdir. Tərkibində “hidrogenləşdirilmiş yağ” və ya “qismən hidrogenləşdirilmiş yağ” yazılan məhsullarda trans yağlar ola bilər və bunlar sağlamlıq üçün arzuolunmaz sayılır".O bildirib ki, çox yüksək miqdarda trans yağ göstərilibsə, bu da mənfi göstəricidir:"Etiketdə istehsal və son istifadə tarixi, saxlanma qaydaları göstərilməlidir. Bu məlumatlar yoxdursa və ya yarımçıqdırsa, məhsuldan çəkinmək tövsiyə olunur.

Digər vacib məqam yağın qızartma üçün uyğunluğu və ya tüstülənmə temperaturu barədə məlumatdır".Mütəxəssis deyib ki, soyuq sıxım yağlar daha çox salat və soyuq yeməklər üçün uyğundur. "Qızartma üçün isə yüksək tüstülənmə temperaturuna malik yağlara üstünlük verilir. Mən hesab edirəm ki, əsas məsələ yağın növündən çox, onun düzgün istifadə edilməsidir. Balanslı qidalanma və həddindən artıq istifadədən qaçmaq sağlamlıq baxımından daha önəmlidir"- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
demokrat.az

1Mənbələr