AZ

İranda bəzi universitetlər distant təhsilə keçdi

İranda bəzi universitetlər distant təhsilə keçdi

İranda bəzi universitetlər tədris fəaliyyətlərini ilin sonuna qədər distant (məsafədən) təhsil formasında davam etdirmək qərarına gəlib.

İran mətbuatında yer alan xəbərlərə görə, Xarəzmi və İslami Azad universitetləri mövzu ilə bağlı açıqlama yayıb. Açıqlamalarda təhsil fəaliyyətlərinin planlaşdırılan təqvimə uyğun həyata keçiriləcəyi və hər hansı bir problemin yaşanmayacağı qeyd olunub.

Distant təhsil qərarının İrandakı bəzi universitetlərdə hakimiyyət əleyhinə nümayişlərin başlamasından sonra verilməsi diqqət çəkib. İranda ali təhsildə ikinci yarımilin başlaması ilə paytaxt Tehrandakı bəzi universitetlərdə əks-fikirli tələbə qrupları arasında qarşıdurma yaranmış və bəzi tələbələr yaralanmışdı.

Seçilən
27
afn.az

1Mənbələr