AZ

Braziliyada şiddətli yağışlar 30 nəfərin ölümünə səbəb oldu

Bakı. Trend:

Braziliyanın Minas-Jerays ştatında baş verən şiddətli yağışlarnəticəsində ölənlərin sayı 30-a çatıb.

Trend-in məlumatına görə, bu barədə "CNN Brasil" televiziyakanalı xəbər verib.

Məlumata əsasən, daha 39 nəfər hələ də itkin düşmüş hesabolunur.

Qeyd edilib ki, güclü yağışlar ştatda daşqınlara və torpaqsürüşmələrinə səbəb olub. Ən böyük ziyan Juis-de-Fora və Ubaşəhərlərində baş verib. Təxminən 440 nəfər evsiz qalıb. Dağılmışbinaların dağıntıları altından 13 sakin xilas edilib. Ümumilikdə208 nəfər xilas edilib və onlar artıq lazımi tibbi yardımalırlar.

Seçilən
47
az.trend.az

1Mənbələr