AZ

"Mənə müğənni deyəndə utanıram"

Əməkdar artist Firuzə İbadova "müğənni" adından utandığını deyib.

Milli.Az xəbər verir ki, ifaçı bu haqda "İncə səhər" verilişində deyib. O, bildirib ki, son günlər müğənnilik peşəsini ucuzlaşdırıblar:

"Səhnədə olan insanın sütunu olmalıdır. Səhnədə görünməlidir. Müğənni sözü nədir? Səs, ifa edərkən səs qulağına gözəl dəyməlidir. Müğənni böyük səlahiyyət daşıyır. O adı qazanmaq üçün nə qədər işləməlidir. Danışıq səsi başqadır. Bu sözü bizə Şövkət Ələkbərova deyirdi: Səs tellərində qiymətli metal olanda ifa edə bilərsən. İndi müğənni adı ucuzlaşıb. İndi mənə müğənni deyəndə utanıram". (Axşam.az)

Milli.Az

Seçilən
4
3
milli.az

4Mənbələr