AZ

Tramp Konqresdə illik müraciəti zamanı Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaşinqton, 25 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Konqresdə “State of Union” adlı illik müraciəti zamanı Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışıb. AZƏRTAC-ın məlumatına görə, o, 10 ay ərzində 8 münaqişəni həll etdiyini deyib.

“Biz qürurla, həmçinin xaricdəki amerikalılar üçün təhlükəsizliyi bərpa edirik. Ölkəmiz heç vaxt bu qədər güclü olmayıb. İlk 10 ayımda da daxil olmaqla səkkiz müharibəyə son qoydum. Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda arasında müharibələrdir”,- deyə Tramp bildirib. O bu işdə köməyə görə, nümayəndələri Stiv Uitkov və Cared Kuşner və Dövlət katibi Marko Rubioya təşəkkür edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
7
azertag.az

9Mənbələr