AZ

Tramp: Rusiyanın Ukraynaya qarşı müharibəsini başa çatdırmaq üçün çox çalışırıq

ain.az, Apa.az saytına istinadən bildirir.

Prezident Donald Tramp ABŞ-ın Rusiyanın Ukraynaya qarşı müharibəsini başa çatdırmaq üçün çox çalışdığını bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Konqresdə çıxışı zamanı danışıb.

ABŞ prezidenti bir daha xatırladıb ki, o, prezident olsaydı, müharibə heç vaxt başlamazdı.

"Və hər ay 25 min əsgərin öldüyü Rusiya ilə Ukrayna arasındakı doqquzuncu müharibəyə, qətllərə və qırğınlara son qoymaq üçün çox çalışırıq. Bu barədə düşünün, ayda 25 min əsgər ölür. Mən Prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi", - Tramp əlavə edib.

Tramp prezident seçildikdən sonrakı ilk 10 ayı da daxil olmaqla səkkiz müharibəni sonlandırdığını bildirib.

“Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda arasında müharibələrdir”, - Tramp əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
6
apa.az

10Mənbələr