AZ

Putin əmr etdi: Generalları qoruyun!

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Federal Təhlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə birlikdə, Müdafiə Nazirliyi, hərbi-sənaye kompleksi müəssisələri, dövlət və bələdiyyə rəsmiləri üçün müdafiə səviyyəsini artırmalıdır. Bu, "Kiyev rejimi” tərəfindən daim təhdid edilən bütün vətəndaşlara aiddir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) iclasında deyib.

Putin Rusiyanın sərhəd bölgələrində və Ukraynanın işğal olunmuş ərazilərində onların qorunması üçün xüsusilə səy göstərilməsini əmr edib. O, həmçinin terrorizmə qarşı mübarizənin gücləndirilməsini tələb edib.

Qeyd edək ki, bu açıqlama 23 fevral gecəsi Moskvanın Savelovski Stansiyası Meydanında yol polisi maşınının partladılması nəticəsində polis baş leytenantı Denis Bratuşenkonun ölməsi fonunda verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
axar.az

1Mənbələr