Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" qırıcı təyyarəsi Balıkəsir vilayətində qəzaya uğrayıb.
Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
Bildirilib ki, yerli vaxtla saat 00:56-də Türkiyənin 9-cu Baş Hava Bazasından havaya qalxan təyyarə ilə radio əlaqə kəsilib.
Qeyd edilib ki, dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və təyyarənin qalıqları tapılıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub.
"Qəzanın səbəbi araşdırma qrupu tərəfindən aparılan araşdırmalardan sonra müəyyən ediləcək", - deyə bildirilib.