AZ

Qar yağacaq – Proqnoz

Fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, günün birinci yarısında bəzi yerlərdə çiskinli hava ehtimalı var. Şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı hava proqnozlaşdırılır, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gün ərzində yağıntılar tədricən kəsiləcək. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 4-7° isti, gündüz 10-15° isti, dağlıq ərazilərdə isə gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.

DOĞRU.AZ 

Seçilən
3
49
dogru.az

10Mənbələr