AZ

Sensasion etiraf: Putinin BMT-dəki adamı ukraynalı çıxdı

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında Ukrayna əsilli olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bundan sonra Ukrayna xarici işlər nazirinin müavini Maryana Betsa onun milliyyətini açıq şəkildə sorğulayıb.

Nebenzya soyadının Zaporojye kazaklarından gəldiyini izah edib. Diplomatın sözlərinə görə, atası "dindar" ukraynalı, anası isə kazak ailəsindən olub. O, iddia edib ki, əcdadı Ukrayna nümayəndə heyətinin üzvləri olan Betsa və Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnikdən "daha öyükdür" .

“Bizim üçün fərqi yoxdur; hamımız birik. Milyonlarla ukraynalı Rusiyada, milyonlarla rus Ukraynada və Belarusda yaşayır. Bunu çox yaxşı bilirsiniz. Məsələ bunda deyil. Ortaq bir milləti bölüşürük, amma inanclarımız fərqlidir. Otuz gümüşə satdığınız Kiyev Rusundan gəlir”, - Nebenzya deyib.

Seçilən
0
1
publika.az

4Mənbələr