AZ

İranın bunu etməsinə əsla imkan verməyəcəyəm

ABŞ prezidenti Donald Tramp İranla bağlı mühüm mesajlar verib.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Tramp Tehranla danışıqların hələ də davam etdiyini, lakin razılaşma əldə edilə bilməyəcəyi təqdirdə hazırlıqlı olduqlarını bildirib.

O, İranın ABŞ-a çata biləcək raketlər hazırlamağa çalışdığını iddia edib: "Mənim seçimim bu məsələni diplomatiya yolu ilə həll etməkdir. Amma bir şey dəqiqdir ki, dünyanın bir nömrəli terrorizm sponsoru olan bu ölkənin nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm".

Tramp, ABŞ-a qarşı təhdidlər olduqda, hərbi variantlar da daxil olmaqla, bütün ehtimalları nəzərdən keçirməyə həmişə hazır olduqlarını vurğulayıb.

Seçilən
15
publika.az

1Mənbələr