AZ

Səhvlərimizi analiz etmişəm Koxalski

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mən hər zaman ən yaxşısını etməyə çalışıram. Amma ümumilikdə doqquz qol buraxmışıq. Hesabdan razı deyiləm.

"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski “Nyukasl” ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Qapıçı nəticədən narazı qaldığını bildirib: “Son oyunda daha yaxşı çıxış etdik. Səhvlərimizi analiz etmişəm. Bu oyun daha yaxşı idi, amma məğlub olanda bu heç vaxt yaxşı olmur. Mən hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Amma ümumilikdə bu iki oyunda doqquz qol buraxmışam. Hesabdan razı deyiləm”.

Çempionlar Liqasındakı çıxışı da dəyərləndirən Mateuş Koxalski bunun komanda üçün tarixi nailiyyət olduğunu bildirib: “Bu turnir hər bir oyunçu üçün möhtəşəm idi. Düşünürəm ki, bir çox futbolçu əvvəllər bu səviyyədə yarışlarda oynamayıb. Mənim üçün də ilk dəfə idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
5
unikal.az

8Mənbələr