AZ

Moskvada Ramazan çadırı layihəsi çərçivəsində Azərbaycan axşamı keçirilib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın paytaxtı Moskva şəhərində ənənəvi "Ramazan çadırı" mədəni-xeyriyyə layihəsi çərçivəsində Azərbaycana həsr olunmuş tədbir keçirilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, iftar mərasimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından, qurumun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

Tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fondun dəstəyi ilə bərpası həyata keçirilən məscidlərə həsr edilmiş fotosərgi təqdim olunub.

Axşamı fondun Rusiyadakı nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə açaraq, Leyla Əliyevanın salamlarını iştirakçılara çatdırıb və qurumun humanitar təşəbbüslərə, mədəniyyətin inkişafına və dini abidələrin bərpasına xüsusi önəm verdiyini vurğulayıb.

Fondun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova müqəddəs Ramazan ayında iftarların təşkilinə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Ramazan mərhəmət, mənəvi təmizlənmə və xeyirxah əməllər ayıdır.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Yusif Vəzirov səfir Rəhman Mustafayevin təbriklərini çatdıraraq iştirakçılara müqəddəs ay münasibətilə xoş arzularını ifadə edib.

Moskva müftisinin müavini Marat Arslanov bildirib ki, "Ramazan çadırı" çərçivəsində Azərbaycan axşamının keçirilməsi artıq uzunillik ənənəyə çevrilib və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verir.

Tədbirin sonunda təşkilatçılar tərəfindən Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə təşəkkürnamə təqdim olunub.

Bədii proqram çərçivəsində uşaq müsəlman məktəbinin yetirmələri, daha sonra "Buta Trio" kollektivi konsert proqramı ilə çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
oxu.az

2Mənbələr