ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 25 fevral, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun vətəndaşlarla görüşü fevralın 27-si saat 11:00-da Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Azəriqaz”ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.