Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bir neçə il əvvəl o qədər də popular olmayan elektrikli avtomobillər bu gün olduqca geniş yayılıb. Çünki ətraf mühitə həssaslıq istehlakçıların ona üstünlük verməsi üçün kifayət edən səbəblərdəndir. Bu səbəblə də şirkətlər elektrikli nəqliyyat vasitələrinə daha çox əhəmiyyət verməyə başlayıblar. Bu, dünyanın ən dəyərli avtomobil istehsalçılarının reytinqinə də təsir edir. Belə ki, ilk 3 ən dəyərli şirkətdən 2-si elektromobil istehsalçısıdır.
"CompaniesMarketCap" tərəfindən paylaşılan məlumatlara görə, "Tesla" hazırda 1 trilyon 536 milyard dollarla ən yüksək bazar dəyərinə malik şirkətdir. Siyahının ikincisi "Toyota", üçüncüsü isə "BYD"dir. İlk 10 şirkət aşağıdakılardır (25.02.2026 tarixinə):
1. Tesla (ABŞ): 1 trilyon 536 milyard dollar
2. Toyota (Yaponiya): 311 milyard dollar
3. BYD (Çin): 123.9 milyard dollar
4. Xiaomi (Çin): 119.7 milyard dollar
5. Hyundai (Cənubi Koreya): 103.6 milyard dollar
6. General Motors (ABŞ): 75.8 milyard dollar
7. Ferrari (İtaliya): 66.2 milyard dollar
8. BMW (Almaniya): 63.6 milyard dollar
9. Mercedes-Benz (Almaniya): 61.5 milyard dollar
10. Volkswagen (Almaniya): 61 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.