AZ

2020-ci ildə Azərbaycanda fiber-optik internetin əhatəsi cəmi 9% olub

2020-ci ildə Azərbaycan üzrə internet infrastrukturu sahəsində ciddi rəqəmsal fərqlər mövcud olub, fiber-optik internetin əhatə dairəsi isə cəmi 9% təşkil edib. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin statistika şöbəsinin müdiri Samir Orucov təlimdə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, həmin dövrdə fiber şəbəkəyə çıxışı olan ünvanların sayı 227 min olub, bazarda isə əsasən köhnə ADSL/DSL texnologiyaları üstünlük təşkil edib. Ölkədə 150-dən çox internet provayderi fəaliyyət göstərib.

Məlumatlar şəhər və kənd yerləri arasında əhəmiyyətli fərqi də göstərir. 2020-ci ildə şəhərlərdə internetə çıxış səviyyəsi 76% olduğu halda, kənd yerlərində bu göstərici 46% olub. Beləliklə, fərq təxminən 30 faiz bəndi təşkil edib. Həmin dövrdə kənd əhalisinin payı 45,5% olub.

O bildirib ki,  2020-ci ildə orta endirmə sürəti 15,5 Mbps, yükləmə sürəti isə 11,1 Mbps səviyyəsində qeydə alınıb.

Gülnar Nazimqızı

Seçilən
2
anews.az

1Mənbələr