AZ

BMT-də görünməmiş qalmaqal: Vasili Nebenzya "Mən ukraynalıyam" dedi, Kiyevdən sərt cavab gəldi

BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə keçirilən növbəti növbədənkənar iclası diplomatik protokollardan kənar, kəskin şəxsi polemika ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çıxışı zamanı öz milli kimliyi ilə bağlı sensasion bəyanat verib.

"Atam da, anam da kazakdır - mən sizdən daha çox ukraynalıyam"

Nebenzya Ukrayna Xarici İşlər nazirinin müavini Maryana Betsa və Ukraynanın BMT-dəki daimi nümayəndəsi iclasda iştirak edən digər rəsmi şəxslərə müraciət edərək bildirib:

"Formal olaraq mən ukraynalıyam. Mənim bu qəribə soyadım Zaporojye kazaklarından gəlir. Atam da, anam da əsl ukraynalıdır. Hətta deyərdim ki, mən sizdən - xanım Betsa və cənab Melnikdən daha çox əsl ukraynalıyam".

Rusiyalı diplomat vurğulayıb ki, onun üçün ruslar və ukraynalılar arasında fərq yoxdur: "Biz hamımız birik. Rusiyada milyonlarla ukraynalı, Ukraynada isə milyonlarla rus yaşayır. Siz özünüz də bunu çox gözəl bilirsiniz".

Ukrayna XİN rəhbərinin müavini Maryana Betsa Rusiyanın daimi nümayəndəsinin bu mülahizələri ilə qəti şəkildə razılaşmayıb. O, Nebenzyanın ukraynalı olmadığını və ruslarla ukraynalıların eyni xalqı təmsil etmədiyini bildirib:

"Biz fərqli şəxsiyyəti və fərqli tarixi təcrübəsi olan iki ayrı millətik. Sizin interpretasiyanız həqiqəti əks etdirmir".

Qeyd edək ki, Vasili Nebenzya 1962-ci ildə Rusiyanın Volqoqrad şəhərində anadan olub, lakin atasının Ukrayna mənşəli olduğunu tez-tez vurğulayır. Ukrayna tərəfi isə bunu Rusiyanın təcavüzkar siyasətinə "mənəvi bəraət" qazandırmaq cəhdi kimi qiymətləndirir. BMT-dəki bu duel müharibənin təkcə cəbhədə deyil, həm də kimlik və tarix müstəvisində nə qədər dərin çatlara səbəb olduğunu bir daha nümayiş etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr