Danimarka müdafiə naziri Troels Lund Poulsen nüvə proqramlarının birgə maliyyələşdirilməsi və ya ölkə ərazisində nüvə silahlarının saxlanması məsələsini müzakirə etməyə açıqdır.
Herbiand.az-ın məlumatına görə, nazir 24 fevralda Kiyevə səfəri zamanı Politiken nəşrinə bildirib ki, müzakirə NATO çərçivəsində aparılmalıdır.
“Bu o demək deyil ki, biz bunu burada və indi etməliyik. Amma mən hazırkı vəziyyətdə nüvə siyasətimizin bütün strukturunu müzakirə etməyə açığam. Həm iqtisadi baxımdan, həm də imkanlar baxımından”, - Poulsen Danimarka ərazisində birgə maliyyələşdirmə və nüvə silahlarının mümkün yerləşdirilməsi məsələsini müzakirə etməyə açıq olub-olmadığı sualına cavabında bildirib.
Danimarkanın son 70 ildəki nüvə silahları siyasəti öz ərazisində nüvə silahlarının qadağan edilməsini əhatə edir.
Bəxtiyar CƏFƏRLİ