AZ

Misir Mərdanovdan 1,7 milyon manatlıq ittihamaCAVAB

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb. Elşad Abdullayev bildirib ki, Misir Mərdanov ondan plana görə 1 milyon alıb: "700 min manat da keçən ildən borcludur. 1.700.000 plana görə Misirdədir".

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı sabiq təhsil naziri Misir Mərdanov "Unikal"a açıqlamasında 1,7 milyon manatlıq ittihama belə cavab verib:

"Bunlar boş söhbətlərdir. Bu məsələlər mənə lazım deyil.

Xahiş edirəm, həmin mövzu ilə bağlı mənə əlavə sual verməyəsiz", - deyə o əlavə edib.

Xatırladaq ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad olunub.

Seçilən
0
3
redaktor.az

4Mənbələr