Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İnternetdəki problemlərin təxminən 35-40%-i evin daxilindədir".
"Unikal" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov deyib.
İKTA sədri qeyd edib ki, bu yaxınlarda evlərdən birində internetin zəif olması səbəbindən vətəndaşın evinə baxış keçirilib:
"Məlum oldu ki, modemi alçıpanın altında qutuya qoyaraq gizlədib, sonra provayderdən şikayətlənir".
N.Mərdanov qeyd edib ki, hazırda Azərbaycana daxil olan internet trafikinin həcmi 7 terabitdən artıqdır.
Anar Kəlbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.