AZ

Rusiyada azərbaycanlı qadına hökm oxundu 6 aylıq həbs, 70 min manat müsadirə

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Rusiyanın Perm vilayət məhkəməsi Azərbaycan əsilli 45 yaşlı qadının barəsində çıxarılmış hökmə qarşı verilən apellyasiya şikayətini təmin etməyib.

Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, qadın ölkədən iri məbləğdə nağd pulu gömrük bəyannaməsi olmadan çıxarmağa cəhd göstərməkdə təqsirli bilinib.Məlumata görə, hadisə 2025-ci il sentyabrın 28-də Perm şəhərində yerləşən Böyük Savino hava limanında baş verib. Qadın Bakı istiqamətində uçuşa hazırlaşarkən çantasında 4 milyon rubl (təxminən 88840 manat) nağd pul daşıyıb. Gömrük nəzarətindən keçərkən o, bəyan edilməli olan mal və ya pul vəsaitinin olmadığını bildirib və “yaşıl dəhliz”dən keçib. Bununla da Avrasiya İqtisadi İttifaqının gömrük sərhədindən nağd pulun qanunsuz keçirilməsinə yol verib.Perm diyarının rayon məhkəməsi qadını iri məbləğdə nağd pulun qaçaqmalçılığı maddəsi ilə təqsirli hesab edərək, barəsində 6 ay həbs cəzası verib. Gömrük qanunvericiliyinə əsasən bəyannaməsiz daşınmasına icazə verilən məbləği aşan 3,1 milyon rubl (68850 manat) müsadirə edilərək Rusiya dövlətinə keçirilib.Məhkum hökmü həddindən artıq sərt hesab edərək apellyasiya şikayəti versə də, Perm vilayət məhkəməsinin cinayət işləri üzrə kollegiyası aşağı instansiya məhkəməsinin qərarını əsaslı sayıb. Məhkəmə bildirib ki, hökm çıxarılarkən bütün yüngülləşdirici hallar, o cümlədən qadının himayəsində azyaşlı uşaqların olması, həmçinin əməlin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınıb. Eyni zamanda qeyd olunub ki, təqsirləndirilən şəxs nağd pulun ölkədən çıxarılması qaydaları ilə əvvəlcədən tanış olub və buna baxmayaraq, bu tələbləri bilərəkdən pozub.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
www.bakupost.az

1Mənbələr