İŞİD İranın Kirman şəhərində törədilən partlayışlara görə, məsuliyyəti öz üzərinə götürüb.
Day.Az xəbər verir ki, terror təşkilatı teleqram kanalında hücumu həyata keçirdiyini açıqlayıb.
Qeyd edək ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.
Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.