Marja.az saytına istinadən ain.az xəbər verir.
Oyuncaq və əyləncəli məhsulların satışı ilə məşğul olan "Supertoys" mağazalarının sayı artırılır.
Azərbaycan üzrə böyük oyuncaq mağazaları olan "Supertoys" mağazalar şəbəkəsinin növbəti, həm də 20-ci filialı Sumqayıtda istifadəyə veriləcək.

Hazırda 19 "Supertoys" mağazası fəaliyyət göstərir.
"Supertoys" çox yaxında Sumqayıtda qapılarını açır. Şəhərin ən geniş oyuncaq çeşidi, keyfiyyətli məhsullar və uşaqlar üçün ilham verən alış mühiti ilə yeni bir standart gətiririk. Ailələr üçün sevincin, uşaqlar üçün xəyalların ünvanı olmağa gəlirik”, - paylaşılan məlumatda bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.