AZ

Azərbaycana daxil olan internet trafikinin həcmi açıqlanıb

​Hazırda Azərbaycana daxil olan internet trafikinin həcmi 7 terabitdən artıqdır.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 3G/4G-nin əhatə dairəsi 95 %-dən çoxdur.

"Dövlət xidmətlərinin əksəriyyəti rəqəmsallaşıb və regional data mərkəzi layihələri beynəlxalq tərəfdaşlarımızın hesabına genişləndirilir. Bu faktlar göstərir ki, dövlət səviyyəsində doğrudan da ciddi irəliləyişlər var. Bu gün ölkə ərazisində internetə əlçatanlıq 90 %-ə çatıb", - deyə o qeyd edib.

 

Seçilən
13
banco.az

1Mənbələr