Bakı. Trend:
Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışıolub.
Trend xəbərverir ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevMərkəzin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısınamərkəzdə yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran TexnikiPeşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi vəLənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında LənkəranDövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarənPublik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.
Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman,yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilikvə emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC(dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanalarıyaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasirsinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlikakt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlikyataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpuslarınsayı 7-yə çatdırılıb.
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm,kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativenerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra birçox müasir ixtisaslar, o cümlədən elektrik və hibridavtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüterşəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənayeavadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompütersistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı,elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiriüzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.
Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşətəhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfərçalışır.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətindədövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıxəməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı,mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustaddərsləri, həmçinin sosial və innovativ layihələrin icrasıdaxildir.