AZ

Stiven Vitkoff :Putin–Zelenski görüşü taleyüklü məsələdir

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüşün baş tutacağına inandığını bildirib. Onun sözlərinə görə, belə bir görüş zamanı ərazi məsələləri və təhlükəsizlik zəmanətləri əsas müzakirə mövzuları olacaq.

Vitkoff qeyd edib ki, ilk mərhələdə Putin və Zelenski arasında ikitərəfli görüş keçirilməlidir. Bundan sonra isə ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın iştirakı ilə üçtərəfli formatda danışıqların aparılması mümkündür. O bildirib ki, “bütün məsələlər məhz üçtərəfli görüş vasitəsilə həll edilə bilər”.

ABŞ rəsmisinin sözlərinə görə, görüş çərçivəsində iqtisadi dirçəliş və digər mühüm məsələlər də müzakirə oluna bilər.

“Bu görüşə böyük inamımız var. Hesab edirik ki, digər məsələlərin bir qismini həll etməyə çalışmışıq və ərazi məsələsini liderlərin müzakirəsinə buraxmışıq. Bəli, ərazilərlə bağlı görüləsi çox iş var. Müxtəlif konsepsiyalar nəzərdən keçirilməlidir. Müzakirə ediləcək çoxsaylı variantlar mövcuddur”, – deyə Vitkoff vurğulayıb.

Seçilən
14
veteninfo.az

1Mənbələr