Musavat.com xəbər verir ki, bu barədə o, Konqresə ünvanladığı müraciətində danışıb.
Tramp vəziyyəti diplomatik yolla həll etmək istədiyini vurğulayıb.
"Onlar razılaşma bağlamaq istəyirlər, amma biz o sözləri eşitmədik: "Biz heç vaxt nüvə silahına sahib olmayacağıq". Mən bir şeyi bilirəm: dünyadakı əsas terror sponsoruna nüvə silahı əldə etməyə heç vaxt imkan verməyəcəm. Buna yol verə bilmərəm", - deyə ABŞ Prezidenti bildirib.
Son dövrlərdə ABŞ İran sahillərinə əhəmiyyətli hərbi qüvvələr yığıb və eyni zamanda Yaxın Şərqdəki bazalardan öz hərbçilərini çıxarmağa başlayıb. Bu fonada Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqlar aparır.
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, danışıqlar çərçivəsində növbəti görüş 26 fevral tarixində Cenevrədə keçiriləcək.