AZ

Sürücü avtomobili səkidə saxladı

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nizami rayonunda avtomobilin piyada səkisində saxlanılması narazılığa səbəb olub. Hadisə bu gün səhər saat təxminən 10:30 radələrində Azər Manafov küçəsində, bina 16A-nın yaxınlığında qeydə alınıb. Oxucu tərəfindən AzPost-un redaksiyasına göndərilən məlumata görə, avtomobil doğum evindən yuxarı qalxarkən yolun sağ tərəfində birbaşa səkidə park edilib.

Şəkildə görünür ki, 77-NV-296 dövlət qeydiyyat nişanlı avtomobil səkini tamamilə zəbt edib. Bu səbəbdən piyadalar ərazidən keçməkdə çətinlik çəkib, bəzi hallarda isə hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalıblar ki, bu da əlavə təhlükə yaradır.

Qeyd edək ki, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, nəqliyyat vasitəsinin səkidə və ya piyadaların hərəkətinə mane olacaq şəkildə saxlanılmasına görə məsuliyyətə cəlb oluna bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
azpost.info

2Mənbələr