AZ

Bu həftə Rumıniyadakı bütün məscidlərdə cümə namazında Xocalı şəhidlərinin ruhuna dualar olunacaq

Bakı. Trend:

Buxarestdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığıilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirikeçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Rumıniyada fəaliyyət göstərən xariciölkələrin səfirləri və akkreditə olaunmuş diplomatiknümayəndəliklərin əməkdaşları, Rumıniya Parlamentinin deputatları,siyasi-ictimai, elm və mədəniyyət xadimləri, habelə RumıniyadakıAzərbaycan, tatar vı türk icmalarının üzvləri, iş adamları iştirakediblər.

Tədbirin əvvəlində mərasim iştirakçıları faciə qurbanlarınınəziz xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri QüdsiOsmanov açaraq Xocalı soyqırımı barədə məlumat verib. O,soyqırımının dünyada tanınması və Xocalı həqiqətlərinin dünyaictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, ocümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanıntəşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!”kampaniyası barədə danışıb. Səfir bildirmişdir ki, hazırda Xocalıvə digər azad edilmiş ərazilərin bərpası və buraya əzəli sakinlərinqayıtması dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir.Həmçinin o, soyqırımının günahkarlarının bir qisminin Azərbaycandaqanun qarşısında layiq olduqları cəzanı aldiqlarını, məsuliyyətdənmüvəqqəti yayınanların isə bir gün erməni xalqı və Ermənistanrəhbərliyi tərəfindən cəzalandırılacağına inandığını ifadə edib.Cari ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsininimzalanacağına ümid etdiyini bildirən Q.Osmanov Cənubi QafqazınŞərq və Qərb arasında nəqliyyat qovşağına çevriləcəyinivurğulayıb.

Daha sonra çıxış edən Türkiyənin Rumıniyadakı səfiri ÖzgürKıvanç Altan ölkəsinin Azərbaycana qeyd-şərtsiz dəstəyinin bundansonra da davam edəcəyini, 44 günlük Vətən müharibəsindəki zəfərsayəsində Qafqazın artıq müharibələr deyil, sülh regionunaçevrildyini vurğulayıb.

Rumıniya Parlamentinin deputatı Amet Varol çıxışında Qarabağasəfərindən, Xocalı və Şuşaya ziyarətindən bəhs edib, Xocalıqurbanlarının ailələrinə başsağlığı verib. O, Rumıniyanın regiondaəsas müttəfiqinin Azərbaycan olduğunu qeyd edib və ölkəsininregionda sülh və sabitlikdə maraqlı olduğunu nəzərə çatdırıb.

Rumıniya Müsəlmanlarının müftisi Yusuf Murat Xocalı soyqırımınıngünahsız qurbanlarınn xatirəsinə dualar oxuyub, eyni zamanda buhəftə Rumıniyadakı bütün məscidlərdə cümə namazında Xocalışəhidlərinin ruhuna duaların olunacağını açıqlayıb.

Rumıniyanın Azərbaycandakı ilk səfiri, professor Tasin Cemilqaçqın düşərgələri ilə tanışlığından və acı xatirələrindən bəhsedib, dünyanın həmin vaxt ölkəmizdə baş verən faciəyə, 1 milyonqaçqın və məcburi köçkünün taleyinə biganə qaldığını qeyd edib.

Rumıniyada nəşr olunan “Geopolitika” jurnalının təsisçidirektoru və baş redaktoru, tanınmış jurnalist Vasili Simileanuqeyd edib ki, Xocalı faciəsi dünyanın digər nöqtələrindətəkrarlanması üçün beynəlxalq ictimaiyyət tərəfindən kəskinpislənməlidir. O, dəhşətli hadisəni bəşəriyyət üçün utancadlandırıraq, soyqırımının törədilməsinə görə məsuliyyətdaşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub,həmçnin tədbir iştirakçılarına soyqırımına və ölkəmizdəki minaprobleminə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb.Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumatverilib.

Daha sonra mərasim iştirakçıları üçün xüsusi olaraqAzərbaycandan gətirilmiş milli şirniyyatlardan ibarət ehsan süfrəsiaçılıb.

Seçilən
1
4
az.trend.az

5Mənbələr