AZ

Premyer Liqa klubu kolumbiyalı oyunçu ilə anlaşdı - RƏSMİ

Premyer Liqa klubu "İmişli" heyətinə yeni legioner cəlb edib.

Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.

Kolumbiyalı yarımmüdafiəçi Faxardo Hernandesin keçidini həyata keçirən "İmişli" 19 yaşlı futbolçu ilə "2,5+1" illik müqavilə imzalayıb.

Qeyd edək ki, "İmişli" çempionatda 21 turdan sonra 20 xalla 9-cu yerdə qərarlaşıb.

Seçilən
1
fanat.az

1Mənbələr