AZ

“American Airlines” təyyarəsi eniş zamanı atəşə tutuldu

Bakı. Trend:

Mayamidən Medelin şəhərinə (Kolumbiya) uçan ABŞ-nin “AmericanAirlines” şirkətinə məxsus sərnişin təyyarəsi Kolumbiyada atəşətutulub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, təyyarənin gövdəsində güllə deşikləriaşkarlanıb.

Zərərçəkənlərin olmadığı bildirilir. İlkin versiyaya görə,“Boeing 737 MAX 8” təyyarəsi Kolumbiya aeroportuna eniş edən zamanatəşə məruz qalıb. Güllələr sağ qanada tuş gəlib. Güllədeşiklərinin təyyarənin ABŞ-yə qayıtmasından sonra aşkarlandığıqeyd olunur.

Faktla bağlı istintaqa başlanılıb. Təyyarə uçuşlardan çıxarılıbvə təmirə yönləndirilib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr