AZ

Türkiyə İrana müdaxilə planı iddialarını rədd etdi

Sitat.info saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Türkiyə Prezidentinin Anti-Dezinformasiya Mərkəzi Ankaranın İranda bufer zona yaratmağı planlaşdırdığı ilə bağlı yayılan məlumatları təkzib edib.Sitat.info xarici mediaya istinadən bildirir ki, rəsmi bəyanatda bu sözlər qeyd olunub: “ABŞ-nin İrana hücumu halında Türkiyənin təhlükəsizlik səbəbi ilə İran ərazilərini işğal etməyi planlaşdırdığı barədə iddialar həqiqəti əks etdirmir və dezinformasiyadır".Açıqlamada vurğulanıb ki, Türkiyə qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edir. Habelə, qeyd olunub ki, Ankara istənilən böhran vəziyyətində sərhəd təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirləri öz ərazisi daxilində həyata keçirir. 

Aytac,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sitat.info

2Mənbələr