AZ

Rostovda azərbaycanlı ailəyə hücum: Aktrisa Ruhiyyə Yusifovanın qohumları saxlanılıb

Rostovda azərbaycanlı ailəyə hücum: Aktrisa Ruhiyyə Yusifovanın qohumları saxlanılıb

Rusiyanın Rostov-na-Donu şəhərində hüquq-mühafizə orqanlarının qüvvələri azərbaycanlı ailələrin yaşadığı mənzillərə basqın edib.

AFN.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya aktrisa Ruhiyyə Yusifova məlumat verib. Onun sözlərinə görə, gecə saatlarında bir qrup hərbi geyimli şəxs dayısı Mərdan Əskərovun yaşadığı evə daxil olub:

“Dayımın oğlunu heç bir günahı olmadan döyüblər, şok veriblər. Anasını, onun hamilə xanımını və iki övladını, dayımı tutub aparıblar. Evi dağıdıblar, hər şeyi sındırıblar. Daha sonra dayımın böyük oğlunun evinə giriblər, arvad-uşağı vurublar”.

R.Yusifova əlavə edib ki, polis şöbəsinə aparılan qohumlarının telefonları əllərindən alınıb. Onların əksəriyyəti daha sonra oradan buraxılsa da, Mərdan Əskərovun hələ də polis şöbəsində saxlanıldığı bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanlanıb. Hadisənin səbəbləri və saxlanılan şəxsin hazırkı vəziyyəti ilə bağlı rəsmi açıqlama gözlənilir.

Seçilən
0
9
afn.az

10Mənbələr