AZ

Azərbaycandan 4 klub o siyahıdadır Son 5 ilin reytinqi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycandan 4 klub o siyahıdadır - Son 5 ilin reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) klub komandaların 2021-ci ilin yanvarından 2025-ci ilin dekabrınadək çıxışlarını əhatə edən dünya klub reytinqini dərc edib.

QOL.az-ın verdiyi məlumata görə, siyahıda 501 klub yer alıb ki, onların sırasında Azərbaycanın 4 təmsilçisi də var. Bunlar "Qarabağ", "Neftçi", "Zirə" və "Sabah"dır. Onların arasında ən yaxşı göstərici Ağdam təmsilçisinə məxsusdur - 71-ci yer.

501 klubun yer aldığı siyahıda Azərbaycan komandalarının mövqeləri aşağıdakı kimidir: 

71. "Qarabağ" - 768,75 xal

375. "Neftçi" - 300 xal

399. "Zirə" - 290,5 xal

411. "Sabah" - 283, 25 xal

Reytinqdə ilk üç yeri müvafiq olaraq "Real" (Madrid) (1753 xal), "Mançester Siti" (1605 xal) və "Flamenqo" (1536 xal) tutur.

Bizi İnstaqramda da izlə

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
qol.az

4Mənbələr