AZ

Sosial şəbəkələrdə nifrət dili: niyə tənqid söyüşə çevrilir? VİDEO

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Elçin Şıxlı: “Müzakirə və mübahisələrdə, hətta mübarizədə söyüş dilindən istifadə ürəkbulandırıcıdır”

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo”nun rəhbəri Elçin Şıxlı AYNA.AZ-ın “YouTube” kanalına müsahibəsində sosial şəbəkələrdə nifrət dilindən istifadə, söyüşlərdən istifadə barədə danışıb.

E.Şıxlı bildirib ki, sosial şəbəkələrdə gedən müzakirə və mübahisələrdə, hətta mübarizədə söyüş dilindən istifadə ürəkbulandırıcıdır: “Bu, çox pis tendensiyadır. Söz deyərkən ədəbi qorumaq, ədəb çərçivəsində fikir bildirmək lazımdır. Əgər peşəkar jurnalistsənsə, hansısa məlumatı, faktları çatdırmaq istiyirsənsə, bunu normal şəkildə, əxlaq çərçivəsində çatdırmaq lazımdır. Bu halda verdiyin informasiya da daha təsirli ola bilər. Sözünü söyüşlə deyirsənsə, qarşıdakı onu qavramaq istəmir”.

“Bilmirəm ki, bunun qarşısını texniki cəhətdən necə almaq olar. Nifrət dilindən istifadə edənlər kənardadırlar. Bəlkə də hökumət strukturları onlara qarşı qanun çərçivəsində hərəkət etməlidirlər. Amma bu da çətindir. Çünki söyüş, təhqir səpələnənplatformalar hökumətin əlində deyil, xarici korporasiyaların əlindədir”, - deyə AJB sədri vurğulayıb.

Müsahibəni geniş formada təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
ayna.az

1Mənbələr