AZ

Adam oğurluğunda ittiham olunan dəstə üzvlərinə hökm oxunub

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Adam oğurluğunda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib. Onlar bildiriblər ki, zərəçəkən qaçırıldıqdan sonra öz istəkləri ilə sərbəst buraxılıb: "50 manata yaxın da pul veriblər ki, evinə getsin. Buna görə də, adam oğurluğu maddəsinə xitam verilməli, zərərçəkənə davamlı işgəncə edilmədiyi üçün yalnız döyülmə maddəsi ilə təqsirləndirilən şəxslərə ittiham verilməlidir. Azyaşlılara da bəraət verilməlidir. Azyaşlılar sadəcə, hadisəni onlara məxsus olmayan telefonla çəkiblər. Cinayətin iştirakçısı olmayıblar".

Təqsirləndirilən şəxslər son söz deməkdən imtina ediblər. Onlar barəsində akt tərtib olunub.

Məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Şücayət Rzayev 10 il Səlim Əliyev, Təbriz Əliyev, Müştəba Əliyev və Samir Hüseynov 8 il 6 ay, Murad Rzayev və Əhməd Əzizov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Murad Rzayev və Əhməd Əzizova təyin edilən cəza 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Onlara başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək Şücayət Rzayevin 12 il, Səlim Əliyev, Müştəba Əliyev, Samir Hüseynov və Təbriz Əliyevin hər birinin 11 il, Murad Rzayevin 9 il və Əhməd Əzizovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra paylaşımları görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

İttihama görə, təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

Təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsində çağırıblar. Onlar Nəzirxan Ağaxanovu öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, Zabrat qəsəbəsində yaşadığı evə aparıblar.

Daha sonra Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər onun üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar.

Hüquq-mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və digər maddələri üzrə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
12
apa.az

10Mənbələr