Konkret.az saytına istinadən ain.az xəbər verir.
Adam bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun barəsindəki hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.
KONKRET.az report- istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub. Emin İbrahimovun şikayəti təmin edilməyib.
Hadisə 2024-cü ildə Bakının Nizami rayonunda qeydə alınıb.
İttihama görə, Emin İbrahimov Kamal Şükürov adlı Qaraçuxur sakini ilə mübahisə edərkən ona bıçaqla xəsarət yetirib.
Sabiq diplomat Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. İbrahimov 7 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin edilməyib.
Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.