AZ

AFFA rəsmiləri Albaniyada UEFA-nın lisenziyalaşdırma seminarına qatılıblar

AFFA rəsmiləri Albaniyanın paytaxtı Tiranada "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı" mövzusunda regional seminara qatılıblar.

“İki sahil” milli assosiasiyaya istinadla xəbər verir ki, tədbirdə qurumun Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.

Seminar zamanı UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri, UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması müzakirə olunub.

Seçilən
21
15
ikisahil.az

10Mənbələr