AZ

Bakı sakinini oğurlayıb, ona işgəncə verənlərə HÖKM OXUNDU

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"TikTok" sosial platformasında milli zəmində təhqiramiz ifadələr işlədən Bakı sakini Nəzirxan Ağaxanovu oğurlayaraq işgəncə verməkdə ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslar iclasın gedişinə etiraz etdiyindən bu, hakimlər tərəfindən məhkəmə qaydalarının pozulmasi kimi qiymətləndirilərək, onlar zaldan çıxarılıblar. Proses təqsirləndirilənlərin iştirakı olmadan davam edib.Vəkillər müdafiə çıxışlarını bitirdikdən sonra, son söz üçün təqsirləndirilən şəxslərin məhkəmə zalına gətirilməsi tələb olunsa da onlar son söz deməklə yanaşı prosesdə iştirak etməkdən də imtina ediblər. Onların imtinası aktlaşdırılaraq protokollara əlavə edilib.Müşavirədən sonra hökm oxunaraq Səlim Əliyev 8 il 6 ay, Şücaət Rzayev 10 il, oğlu Murad Rzayev 2 il şərti, Samir Hüseynov 8 il 6 ay, Əhməd Əzizov 2 il şərti, Müştəba Əliyev 8 il 6 ay, onun oğlu Təbriz Əliyev də 8 il 6 ay azadlıqdan məhrum ediliblər.Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək təqsirləndirilənlər - Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

 

Qeyd edək ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevə Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə ) 133.2.1 (Əzab vermə - iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələri (nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) ilə ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" kimi tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.Təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. (Oxu.az)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
9
bizim.media

10Mənbələr