Zəngəzur dəhlizi layihəsinin aktiv mərhələyə keçməsi sevindiricidir. Bu layihə təkcə Naxçıvanı Azərbaycanın əsas hissəsi deyil, həm də Türkiyə ilə Azərbaycanı və bütövlükdə Türk dünyasını birləşdirəcək strateji təşəbbüsdür.
Herbiand.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfərlə bağlı yekun mətbuat konfransında söyləyib.
O qeyd edib ki, TRIPP layihəsi regional sülhə və iqtisadi inkişafа mühüm töhfə verə bilər. Layihənin tam reallaşması isə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və paraflanmış sənədlərin imzalanması ilə birbaşa bağlıdır: “Ümid edirik ki, bölgədə münasibətlər sürətlə normallaşacaq və region artıq münaqişələrlə deyil, sülh, rifah və inkişaf gündəliyi ilə irəliləyəcək”.