AZ

Oruc zamanı enerjini necə qorumalı?

Bakı. Trend:

Oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzindəenerji səviyyəsinin stabil saxlanılması əsasən düzgün qida seçimivə metabolik tarazlığın qorunmasından asılıdır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, elmi tədqiqatlar göstərir ki, komplekskarbohidratlar, yüksək keyfiyyətli zülallar və sağlam yağlar qandaqlükoza səviyyəsinin daha stabil qalmasına kömək edir vəuzunmüddətli toxluq hissi yaradır:

“İmsak zamanı tam taxıl məhsulları, yulaf, qara çörək, kəpəklitaxıllar, yumurta, qatıq, pendir, qoz‑fındıq və zeytun kimi qidalartövsiyə olunur. Çünki bu məhsulların glisemik indeksi aşağıdır vəenerji tədricən sərbəst buraxılır. Eyni zamanda kifayət qədər mayeqəbulu çox vacibdir, çünki susuzlaşma yorğunluq, baş ağrısı vədiqqətin azalmasına səbəb ola bilər”.

Mütəxəssis-ekspert bildirib ki, iftar zamanı isə ani olaraq çoxmiqdarda sadə şəkər və ağır yağlı qidaların qəbulu qanda qlükozanınsürətlə yüksəlməsinə və daha sonra sürətlə düşməsinə səbəb olaraqhalsızlıq yarada bilər:

“Buna görə iftarı su, xurma və ya yüngül şorba ilə başlamaq,sonra isə balanslaşdırılmış şəkildə zülal mənbələri (balıq, toyuq,paxlalılar), kompleks karbohidratlar və tərəvəzlərlə davam etməkmetabolik sabitliyi qorumağa kömək edir. Bundan əlavə, liflə zənginqidalar həzm prosesini tənzimləyir və bağırsaq fəaliyyətiniyaxşılaşdırır”.

Seçilən
1
5
az.trend.az

10Mənbələr