AZ

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşları “Xocalı. Üç faciə, bir ağrı” filminin təqdimatında iştirak ediblər

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Audiovizual Şurasının maliyyə dəstəyi ilə CBC telekanalı tərəfindən yeni çəkilmiş “Xocalı. Üç faciə, bir ağrı” sənədli filminin təqdimatında iştirak edib.

Təqdimat mərasimində Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Tibbi Xidmət İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Şəhla Mirzəzadə, şöbə rəisləri və əməkdaşlar, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Xocalı. Üç faciə – bir ağrı” adlı ekran əsəri XX əsrin ən ağrılı üç faciəsinə – 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımına, 1942-ci il iyunun 10-da Çexiyanın Liditse kəndinin məhv edilməsinə və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilmiş qətliama həsr olunub. Hər üç faciənin acı və faciəli tarixləri, onların nəticələri və insanlığa vurduğu zərərlər sənədli materiallar vasitəsilə tamaşaçılara təqdim olunur.

Filmdə onların arasında paralellər aparılır, İkinci Dünya müharibəsi dövrünün faşizmi ilə müasir dövrdəki qəddarlıq arasındakı oxşarlıqlara diqqət çəkilir.

İştirakçılara 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımının təfərrüatları, günahsız dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər və faciənin beynəlxalq əhəmiyyəti barədə təqdimat edilib.

Sənədli filmin çəkilişinə Xarici İşlər Nazirliyi, Azərbaycanın Çex Respublikasındakı, Bosniya və Herseqovinadakı Səfirliyi, Çex Respublikasının Azərbaycandakı Konsulluğu, Liditse Memorialının rəhbərliyi, Praqa Hərbi Tarix İnstitutu, Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi, M.F.Axundov adına Milli Kitabxana, Azərbaycanın Baş Prokurorluğu, Mədəniyyət Nazirliyi, Kinematoqrafçılar İttifaqı, eləcə də Azərbaycan Respublikasının Audiovizual Şurası dəstək göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azertag.az

1Mənbələr