AZ

Atlarından məhrum oldu, itlərlə vaxt keçirir

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniya kralı III Karlın qardaşı, maliyyəçi Jeffrey Epşteyn ilə bağlı qalmaqaldan sonra titullarından məhrum edilən şahzadə Endryu artıq atçılıqla məşğul ola bilmir.Bizim.Media xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.

 

Mənbənin bildirdiyinə görə, qalmaqaldan və hüquqi proseslərdən sonra şahzadə faktiki olaraq evə qapanıb. Onun əsas yoldaşları itləridir, o cümlədən mərhum anası kraliça II Yelizavetaya məxsus olan korgi (kiçikboylu) itləri.

Xatırladaq ki, 2019-cu ildə Endryu amerikalı hüquq müdafiəçisi Virginia Giuffrenin ittihamlarından sonra kral ailəsinin üzvü kimi rəsmi vəzifələrindən imtina etmişdi. 2022-ci ildə isə o, Giuffre ilə məhkəmədənkənar razılaşma əldə etmişdi.Həmin il kraliça II Yelizaveta şahzadəni hərbi rütbələrindən və ictimai təşkilatların himayədarı rolundan məhrum etmişdi.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
bizim.media

10Mənbələr