AZ

Kiyevdən Kremlə AĞIR ZƏRBƏ - VİDEO

“Fevralın 21‐nə keçən gecə Ukrayna ordusunun Rusiya hərbi sənaye kompleksinin ən strateji obyektlərindən birini, Udmurtiyanın Votkinsk şəhərində yerləşən müəssisəni raketlə vurmasının videosu yayılıb”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Ukrayna sərhədindən 1700 km aralıda yerləşən Votkinsk zavodu FP-5 (“Flaminqo”) qanadlı raketi ilə vurulub:

“Videoda raketin hədəfə (sexlərdən birinə) dəydiyi görünür. Daha öncə yayılan peyk fotolarında isə müəssisənin damında 30×24 metr böyüklükdə dəlik açıldığı görünürdü və bu, raketin içəridə partladığını söyləməyə əsas verir.

Votkinsk zavodunda “Yars” və “Topol M” qitələrarası ballistik raketləri, sualtı qayıqlardan buraxılan “Bulava” ballistik raketləri, “İskander” operativ‐taktiki raket kompleksi üçün ballistik raketlər, “Kinjal” raketləri istehsal edilir. “Oreşnik”in də burada hazırlandığı barədə məlumatlar var. Bu müəssisənin Rusiyada başqa bir analoqu yoxdur.

Əlbəttə, bir zərbə ilə bu böyük müəssisəni məhv etmək mümkün deyil. Amma bu zərbənin istehsal prosesini müəyyən müddət ləngidəcəyi bildirilir.

Ukrayna sərhədindən 1700 km aralıda yerləşən Votkinsk zavodu FP-5 (“Flaminqo”) qanadlı raketi ilə vurulub. Döyüş başlığı 1150 kq olan bu raket 3000 km məsafədəki obyektlərə zərbə endirməyə imkan verir.

“Flaminqo”nun çox aşağıdan, yerdən 20 km, hətta cəmi 10 km hündürlükdə uça bilməsi HHM radarlarının onu qeydə alınmasını çətinləşdirir. Onsuz da Rusiyanın əlində bütün ölkə ərazisini bağlayacaq qədər HHM vasitələri yoxdur və bu sahədə imkanlar sürətlə məhdudlaşır. (Hazırda yalnız Moskva və Sankt‐Peterburqun hava məkanı yaxşı qorunur).

Ukrayna ordusu istər işğal olunmuş ərazilərdə, istərsə Rusiya ərazisində HHM ovunu fasiləsiz davam etdirir. Məsələn, dünən Krımda S‐400 “Triumf” zenit‐raket kompleksi (buraxcı qurğu, radar və sair komponentlər) məhv edilib. Bonus olaraq bir “Pantsir S1” qurğusu da sıradan çıxarılıb

Hazırda Ukrayna ay ərzində 50‐yə qədər “Flaminqo” istehsal edir. Yaxın vaxtlarda bu miqdarı ayda 200 ədədə çatdırmaq planlaşdrılıb. Bundan başqa, Ukraynanın öz ballistik raketlərinin sınaqları başlayıb. Bunlar da yaxın vaxtlarda ordunun arsenalına daxil olacaq. Bu isə Votkinsk zavodu da daxil olmaqla. Rusiyanın strateji obyektlərinin daha dəqiq və intensivliklə vurulacağı deməkdir. Bu baxımdan ölkəsini çıxılmaza sürükləyən ağılsız diktator Putinin müharibəni davam etdirməsi Rusiya üçün yaxşı heç nə vəd etmir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
26
36
yenisabah.az

10Mənbələr