AZ

Rəşid Behbudov rəhmətə getməsəydi, ailə qurmazdım

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Almaz Ələsgərli səmimi açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, müğənni sənət yolunun ilk illərindən və çalışdığı dövrdən danışarkən maraqlı etiraflar edib.

Sənətçi bildirib ki, mərhum sənətkar Rəşid Behbudovun adını daşıyan Rəşid Behbudov adına Mahnı Teatrında işə qəbul olunmaq o dövrdə olduqca çətin idi:

"O zaman Rəşid Behbudovun teatrında işləmək mümkünsüz kimi görünürdü, sanki 'yeddi başın' olmalı idi. Amma mən qəbul olundum və 2-3 il orada çalışdım".

Almaz Ələsgərli qeyd edib ki, sənətkarın vəfatından sonra teatrdan ayrılmaq qərarı verib. Bunun səbəbi isə ailə qurması olub:

"O rəhmətə getdikdən sonra işdən çıxdım. Səbəb ailə qurmağım idi. Bəlkə də Rəşid Behbudov vəfat etməsəydi, ailə qurmazdım, teatrda qalardım", - deyə müğənni səmimi şəkildə etiraf edib.

Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

2Mənbələr