AZ

İran avropalı diplomatın çantasını əlindən aldı Səfir çağırıldı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Niderland hökuməti Tehrandakı hava limanında hollandiyalı diplomatın baqajının müsadirə olunmasına etiraz olaraq İran səfirini çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, hadisə 2026-cı il yanvarın 28-də İmam Xomeyni Beynəlxalq Hava Limanında baş verib.

Belə ki, İran qarşı tərəfi diplomatik baqajını təhvil verməyə məcbur edib.

“Müsadirə olunan əşyaların dərhal qaytarılması üçün İrana dəfələrlə müraciət edilib, lakin əlavə təfərrüatlar açıqlanmayıb”, – deyə nazirlik vurğulayıb.

Həmçinin əlavə edilib ki, İran insidentin görüntülərini internetdə yayımladıqdan sonra səfir Xarici İşlər Nazirliyinə çağırılıb.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
globalinfo.az

1Mənbələr