AZ

Qadın karateçimiz 3 illik diskvalifikasiya olundu

Qadın karateçimiz 3 illik diskvalifikasiya olundu

Azərbaycan karateçisi Lalə Babazadə 3 illik diskvalifikasiya olunub.

AFN.az xəbər verir ki, bu barədə Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb. Bildirilib ki, idmançı antidopinq qaydalarını pozub.

Həmçinin onun cəzasına səbəb kimi “idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək” maddəsi də təsir edib. Qərara əsasən, karateçinin yarışlarda iştirakına 3 il müddətinə qadağa qoyulub.

Seçilən
15
afn.az

1Mənbələr