Bakıda evdən meyit tapılıb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, S.Ə.Şirvani küçəsində qeydə alınıb.
79 yaşlı Aleksey Petroviç Tyutyunikovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.