ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan son Epşteyn faylları arasında məşhur fizik Stiven Hokinqin fotosu üzə çıxıb.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, açıqlanan yeni sənədlərdə əvvəllər sosial mediada yayılan foto yenidən gündəm olub.
Şəkildə 2018-ci ildə vəfat edən Hokinq əlində kokteyl tutaraq şezlonqda uzanıb və bikini geyinmiş iki qadın onun yanında əyləşib.
Fotonun nə vaxt və harada çəkildiyi ilə bağlı isə rəsmi açıqlama yoxdur.